Kateqoriyasız

Rövnəq Abdullayev Vyanaya getdi

Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın XXXIX növbəti Konqresi keçiriləcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Konqresin Gündəliyindəki əsas məsələlər UEFA prezidenti vəzifəsinə, həmçinin UEFA-nın və FIFA-nın İcraiyyə Komitəsinin üzvü vəzifələrinə seçkilərdir.

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43