Dünya futbolu

Roys “Borussiya”dan ayrılır?

Marko Roys “Borussiya” (Dortmund) ilə müqaviləsini uzatmağı düşünmür.

İdmanxeber.az BILD nəşrinə əsasən xəbər verir ki, 34 yaşlı oyunçu mövsümün sonunda Dortmund klubundan ayrılmaq istəyir.

Roys 2012-ci ildən “Borussiya”da çıxış edir. O, Almaniya klubunda 410 oyunda 167 qol vurub və 124 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43