30 Sentyabr 2024
Dünya futbolu

Roysdan “Borussiya”da yeni müqavilə

Almaniyalı yarımmüdafiəçi Marko Roys Dortmund “Borussiya”sı ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçunun yeni sözləşməsi 2023/24 mövsümünün sonuna kimi hesablanıb.

Yarımmüdafiəçi 2012-ci ildən “Borussiya”da çıxış edir. 

Roys bu mövsüm komandanın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43