20 Fevral 2020
Kateqoriyasız

Rüfət Dadaşovdan Almaniyada növbəti qol

Almaniya III Bundesliqasında XIX tura start verilib.

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu Dadaşov vurub. 36-cı dəqiqədə fərqlənən Rüfət cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

Münster klubu 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

 

Oxşar xəbərlər

“Zirə” “Adana Dəmirspor”a qarşı

admin

Beqoviçin əlcəyi satışa çıxarıldı

admin

“Bakıda mümkün qədər çox qol vurmalıyıq” – “İnter”in futbolçusu

admin