Kateqoriyasız

Rüfət ABŞ-da həftənin oyunçusu seçildi

Karyerasını ABŞ-da davam etdirən millimizin hücumçusu Rüfət Dadaşov sözügedən ölkənin USL çempionatında mövsümün ilk turunun ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə,

“Finiks Rayzinq”də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. O, həftənin rəmzi komandasında da yer alıb.

Xatırladaq ki, Rüfət Dadaşov 1-ci turda – yeni komandasında rəsmi debüt matçında “Portlend Timbers”ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43