Dünya futbolu

Rüfət Dadaşov 90 dəqiqə oynadı

Almaniyanın 3-cü Bundesliqasında 32-ci turunda millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” “SV Meppen”i  qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Zədəsini yeni sağaldan Dadaşov start heyətdə meydana daxil olub və sona kimi oynayıb.

Qeyd edək ki, “Proyssen” hazırda 42 xalla 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43