Kateqoriyasız

Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu

Millimizin futbolçusu Rüfət Dadaşov Almaniya II Bundesliqasınsa növbəti qolunu vurub.

İdmanxeber.az-ın məlumatına görə,  “Proyssen” doğma meydanda “Viktoriya” ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Bu oyunda 90 dəqiqə meydanda olan Dadaşov komandasının ilk qolunu vurub. Bu futbolçumuzun bu mövsüm vurduğu ikinci qoldu.

Qeyd edək ki,  “Proyssen” hazırda 8 xalla 16-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43