Kateqoriyasız

Rüfət Dadaşov dubl etdi, komandası qələbə qazandı

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Dadaşovun komandası doğma meydanda “Las Veqas Layts”la qarşılaşıb. Görüş “Feniks Rizinq”in 5:1 hesablı qələbəsiylə başa çatıb.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, oyunda iki qolun müəllifi olub. Hücumçu 2-ci və 55-ci dəqiqədə fərqlənib.

“Feniks Rizinq” 4 turdan sonra 9 xalla liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43