Dünya futbolu

Rüfət Dadaşov: “Himni oxumaq üçün çalışıram”

“Komandada hər kəs rusca danışır”

Milli komandanın üzvü və “Proyssen” klubunun hücümçusu Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib. O, millinin oyunları barədə da danışıb:

“Azərbaycan millisindəki çıxışıma görə məşqçidən müsbət rəy aldım. Malta ilə heç-heçə etdiyimiz üçün çox heyfislənirəm. Yaxşı imkanlarmız olsa da, istifadə edə bilmədik. Mənim də qol vurmaq şansım oldu. Ancaq təəssüf ki, bacara bilmədim. Hazırda qrupda liderlik şansımız var. Və bunun üçün lazımı mübarizəni davam etdirəcəyik.

Komandada hər kəslə rusca danışaraq mübasibət qururam. Heyətdəki hər kəs demək olar ki, rusca bilir. Hətta baş məşqçi də rus dilində danışır. Bir Dmitri Nazarova görə alman tərcüməçisi var. Oyunlardan öncə himni oxuya bilmirəm. Ancaq bunun üzərdinə çalşıram. İndi qarşıda çempionat oyunları var. Hazırda bütün gücümlə buna köklənməyə çalışıram.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43