Milli komanda

Rüfət Dadaşov: “Mahirin niyə fitə basıldığını anlamadım”

Millətlər Liqasında IV tura yekun vurulub.

Millətlər Liqasının qrup mərhələsinin IV turunda milli komandamız Malta ilə heç-heçə edib. Oyunun ardından milliyə yeni dəvət almış hücumçumuz Rüfət Dadaşov görüş barəsində fikirlərini bildirib:

“Oyun bərəsində onu deyə bilərəm ki, çox yaxşı oynadıq. Qələbə üçün nə lazım idisə, etdik. Təssüf ki, imkanlardan yararlana bilmədik. Uzun zamandır milliyə dəvət almırdım. Məncə, oyunlar artıqca performansımda irəliləyiş olacaq.

Futbolçu Mahir Mədətovun oyundan çıxarkən fitə basılması haqda da danışıb:

“Mahiri niyə fitə basdıqlarını başa düşmədim. O, çox yaxşı oyun keçirmişdi. Belə vəziyyətlər hər oyunçunun başına gələ bilər. Bizim qarşıda iki qarşılaşmamız var. Hələ heçnə bitməyib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43