Kateqoriyasız

Rüfət Dadaşov “Şalke”də qol hesabını açdı

Millimizin sabiq üzvü Rüfət Dadaşov “Şalke”nin ikinci komandası bu gün növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya Regional Liqasının 3-cü turunda Münhenqladbax “Borussiya”sı ilə qarşılaşan Rüfətin komandası qələbə qazanıb – 1:0. Görüşdə yeganə qolu Dadaşov 73-cu dəqiqədə vurub.

O, əvəzlənmədən meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43