Dünya futbolu

Rüfət Dadaşovun qolu komandasına bəs etmədi

Almaniya 3-cü Bundesliqasında 15-ci turun oyunları keçirilib.

Millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” evdə “Zonnenhof Qrossaşpax”a 1:3 hesabı ilə uduzub. Sonadək meydanda qalan R.Dadaşov görüşün 54-cü dəqiqəsində fərqlənərək cari mövsümdəki 7-ci qolunu vuurb.

Dadaşovun komandası 15 turdan sonra 26 xalla 2-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43