Ölkə futbolu

Rumın məşqçi “Qarabağ”ı seçdi

Yanvarın 10-dan Antalyada təlim-məşq toplanışı keçəcək komandanın rəqibləri arasında Azərbaycan çempionu “Qarabağ” və Bolqarıstanda ötən mövsümün qızıl medalçısı “Ludoqorets” də var. Rumıniyalı mütəxəssis sınaq matçları üçün güclü klublar seçməsinin səbəbini açıqlayıb:

“Orada 5 yoxlama oyunu keçirəcəyik. Bu, bizim üçün birləşmə dövrü olacaq. Ağır oyunlar üçün bilərəkdən güclü rəqiblər seçmişəm. Çünki daha yaxşı dönüş etmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” Antalyada ilk yoxlama oyununu yanvarın 12-də məhz “Botoşani”yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43