Ölkə futbolu

Rumıniya yığmasının sabiq üzvü “Xəzər Lənkəran”da

"Xəzər Lənkəran"ın transfer siyahısında olan daha bir futbolçunun adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, bu Florin Çernatdır. Rumıniya yığmasının sabiq üzvü Lənkəran klubunun baş məşqçisi Mustafa Dənizliyə "Çaykur Rizəspor"dan tanışdır. Belə ki, Çernat bir vaxtlar Dənizlinin rəhbərliyi altında oynayıb. Türkiyədə təlim məşq toplanışı keçirən cənublular futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, təcrübəli pleymeyker karyerası ərzində "Otelul Qalati", "Hajduk Split", "Dinamo" (Buxarest), "Karabükspor", Dinamo (Kiyev) kimi klublarda oynayıb və hazırda "Çaykur Rizəspor"da top qovur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43