Dünya futbolu

Runi 32 milyonluq təklifi rədd etdi

“Mançester Yunayted”in futbolçusu Ueyn Runi Çin klubundan olan təklifi rədd edib.

İdmanxeber.com-un məlumatına görə, İngiltərə millisinin üzvü ona ilinə 32 milyon funt sterlinq təklif edən kluba keçməkdən imtina edib. Bu barədə “Sky Sport” məlumat yayıb.

Məlumata görə, 31 yaşlı hücumçu Çinin “Quançjou Everqrand” və “Beyçzin Qoan” klubları ilə danışıq aparıb.

Qeyd edək ki, Runinin “Mançester Yunayted”lə 2018-ci ilin yayına qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43