Dünya futbolu

Runi “Mançester Yunayted”də qalacaq

“Mançester Yunayted”in ulduz futbolçusu Ueyn Runi Çinə gedəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli hücumçu “qırmızı-şeytanlar”da qalacağını bildirib: “Başqa klubların diqqətini çəkmək məni qürurlandırır. Amma mən “Mançester Yunayted”də qalacağımı rəsmən bildirmək istəyirəm”.

Qeyd edək ki, Runinin xidmətində Çinin “Tianjin Quanjian” və “Beijing Quoan” klublarının maraqlı olduğu bildirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43