21 Fevral 2024
Dünya futbolu

Runi millidən getdi

ABŞ-ın “Di Si Yunayted” klubunun oyunçusu Ueyn Runi  İngiltərə millisində son oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, ABŞ-la yoxlama görüşü keçirən İngiltərə millisində Ueyn Runinin vida matçı olub.

33 yaşlı futblçu 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 58-ci dəqiqəsində  meydana çıxıb. Bu, Runinin millidə sonuncu – 120-ci oyunu olub.

Qeyd edək ki, Ueyn Runi 53 qolla İngiltərə yığmasının bombardiridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43