Milli komanda

Rusiya – Azərbaycan oyunu üçün hakim təyinatları açıqlandı

Futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinin Rusiya – Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, oyunu belçikalı hakim Paskal Lemala həvalə olunub. Ona finlandiyalı referi Timo Onatsu kömək edəcək.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43