Dünya futbolu

Rusiya klubunda baş məşqçi istefası

Rusiyanın ÇSKA klubu baş məşqçisi ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Leonid Slutski Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Tottenhem”lə matçdan sonra komandanı tərk edəcək.

Qeyd edək ki, Slutski 2009-cu ildən çalışdırdığı ÇSKA ilə 3 dəfə ölkə çempionu, 2 dəfə Rusiya kuboku və 2 dəfə də Rusiya Super kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43