Dünya futbolu

Rusiya kubokunun finalında əlbəyaxa dava – VİDEO

Rusiya kubokunun dünən “Ural” və “Lokomotiv” arasında keçirilən final oyununda futbolçular arasında dava düşüb.

Hadisə matçın uzatma dəqiqələrində, “Ural”ın cərimə meydançası yaxınlığında baş verib. Dava səbəbindən dörd futbolçu – Ari, Cefferson Farfan (hər ikisi “Lokomotiv”), Artem Fidler və Edqar Manuçaryan (hər ikisi “Ural”) qırmızı vərəqə alaraq meydandan qovulublar.

Qeyd edək ki, futbolçiuları sakitləşdirmək üçün “Lokomotiv”in baş məşqçisi Yuri Syomin də meydana daxil olub. Əlavə edək ki, bu matçda Syominin komandası 2:0 hesabı ilə qalib gələrək kuboku qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43