Dünya futbolu

Rusiya millisi ləğv edildi

Rusiya Federasiyasının idman naziri Vitaliy Mutko futbol üzrə milli komandanın ləğv edildiyini elan edib. 

İdmanxeber.com-un məlumatına görə,  iyulun 17-si dövlət rəsmisi ictimaiyyətə qərarını açıqlayıb.

Nazir “artıq milli komanda yoxdur, heyət dağılıb” – deyib. V.Mutko hazırda yeni baş məşqçinin axtarışlarının getdiyini bildirib. Buna səbəb isə Leonid Slutskinin bütün diqqətini MOİK-də cəmləmək istəyi olub. 

Rus azarkeşlər futbol üzrə Milli komandanın ləğv olunmasını neçə vaxtdır ki, tələb edirlər. Bu məqsədlə 24 iyundan etibarən “Change.org”  saytında petisiya da təşkil olunub. Petisiya Rusiya Federasiyasının prezidentinə və Dumaya ünvanlanıb. Azarkeşlər millinin “Avro-2016″da uğursuz çıxışını nəzərə alaraq cari heyətin ləğvini tələb edir. Yeni heyətin yığılmasını təklif edən azarkeşlərin sayı artıq 50 mini keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43