Dünya futbolu

Rusiya Türkiyə ilə qarşılaşacaq

2018-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması həmin müddətə qədər yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. 

İdmanxeber.com-un yerli mətbuata istinadən məlumatına görə, şimal qonşularımızın 2 rəqibi artıq müəyyənləşib.

 

Stanislav Çerçesovun yetirmələri ilk qarşılaşmalarını Türkiyəyə qarşı keçirəcəklər. Bu oyun ayın 31-də Antalya şəhərində baş tutacaq. Bundan 6 gün sonra isə ruslar Moskvada Qana millisini qəbul edəcəklər. Hər iki görüşün yeri və saatı hələ bəlli deyil.

 

Qeyd edək ki, Fransada keçirilən Avropa çempionatında iştirak edən Rusiya və Türkiyə milliləri qrupdan çıxa bilməmişdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43