Dünyadan

Rusiyada Dünya Çempionatı əvvəli böyük şok!

Rusiyada 2018-ci ildə keçiriləcək Dünya Çempionatından əvvəl inşa edilən stadionlar üçün xərclənən maliyyə vəsaitinin bəzi rəsmi vəzifəlilər tərəfindən “oğurlandığı” bildirilir.

İdmanxeber.com-un məlumatına görə, Sankt-Peterburq şəhərinin sabiq merinin müavini Marat Oqanesyan Zenit Arena proyektindən 50 milyon rublu gizlin şəkildə aradan çıxarıb.

Əldə edilən ilkin məlumatlara əsasən, məsələ ilə bağlı dövlət səviyyəsində araşdırmalar başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43