Dünya futbolu

Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşdi

Bu il iyunun 17-dən iyulun 2-dək Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, turnirə sonuncu vəsiqəni Afrika Millətlər Kubokunun qalibi olan Kamerun yığması qazanıb. Afrika təmsilçisi turnirdə “B” qrupunda Çili, Almaniya və Avstraliya milliləri ilə mübarizə aparacaq. “A” qrupunda isə meydan sahibi Rusiya, Portuqaliya, Yeni Zelandiya və Meksika yığmaları yer alıb.

Konfederasiyalar Kubokunun görüşləri 2018-ci ildə dünya çempionatının qarşılaşmalarına ev sahibliyi edəcək Kazan, Soçi, Sankt-Peterburq və Moskva şəhərlərindəki stadionlarda oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43