Dünyadan

Rusiyalı futbolçu “Sumqayıt”da

“Sumqayıt” daha iki transfer edib.

İdmanxeber.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi son olaraq “Qarabağ”da çıxış edən Arif Daşdəmirovla anlaşıb. O, qarşıdakı bir mövsümdə “Sumqayıt”ın uğurları üçün çalışacaq. Bundan əlavə, son olaraq, Rusiyanın “Yenisey” klubunda çıxış edən Sərdar Sərdarov da “Sumqayıt”a keçib. 24 yaşlı rusiyalı futbolçu ilə 1 illik anlaşma əldə edilib. 

Qeyd edək ki, Sərdarov Rusiyanın U-17, U-19, U-21 millilərində çıxış edib. Vinger bir müddət əvvəl AFFA-nın onu milliləşdirmək istədiyini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43