Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov yoldaşlıq görüşlərində komandaya rəhbərlik etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, komanda iyunun 7-də Ermənistanla,11-də isə Azərbaycan millisi ilə qarşılaşacaq. Matça Qazaxıstan millisini köməkçi məşqçi Ruslan Baltiev çıxaracaq.
Çerçesov məşqçilər korpusu ilə birlikdə bu matçlardan sonra işə başlayacaq.
Qazaxıstan millisi 60 yaşlı rusiyalı mütəxəssisin təyinatını iyunun 3-də açıqlayıb. Çerçesovun son iş yeri Macarıstanın “Ferenstaroş” klubu olub.