Kateqoriyasız

Rusiyanı Bakıda dəstəkləyəcək azarkeşlərin sayı məlum oldu

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah milli komandamızla qarşılaşacaq Rusiya millisi dəstəksiz qalmayacaq.

Şimal qonşularımızı 800-ə yaxın azarkeş dəstəkləyəcəyi gözlənilir. Rusiya Futbol İttifaqının AFFA-dan istədiyi 700 biletin hamısını AFFA verməyəcək. Qaydalara əsasən qurum qarşı tərəfə 500 bilet verəcək. Digər yerdə qalacaq biletləri isə onlar kassalardan əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçı saat 22:00-da, “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43