Ölkə futbolu

“Rusiyanı məğlub edəcəyik”

Milli komandamızın üzvü Ali Gökdəmir maraqlı açıqlamalar verib.

Yığmamızın Şimali İrlandiya ilə keçirdiyi maçtda ehtiyatda qalan futbolçu Rusiya ilə görüşdə qalib gələcəklərinə inanır.

“Komanda yoldaşlarım sona qədər mübarizə apardılar. Nəticədə qalib gələ bildik. Qarşıda Rusiya ilə oyun var. İnşallah, gözəl oyun sərgiləyib, bu rəqibimizi də məğlub edəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Rusiya görüşü oktyabrın 15-də saat 22:00-da “Bakcell Arena”da oynanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43