Dünyadan

Rusiyanın İdman naziri UEFA-ya atəş püskürdü

UEFA-nın Krımdakı üç futbol komandasının Rusiya Futbol İttifaqı tərəfindən təşkil edilən matçlarda iştirak etməsinə qadağa qoyması Rusiya Federasiyasının İdman naziri Vitaliy Mutkonun kəskin etirazına səbəb olub.

İdmanxeber.com-un məlumatına görə, Mutko, UEFA-nın qərarının futbolun xeyrinə olmadığını söyləyərək bildiribki:

"Bu komandalar nə etsin? Nə Ukraynada, nə də Rusiyada oynaya bilirlər. Yaxşı indi azarkeşlər və futbolçular nə edəcək? UEFA-nın bu qərarı peşəkar futbolu öldürür."

Qeyd edək ki UEFA, Krımdakı üç komandanın 1 yanvar 2015-ci il tarixindən etibarən Rusiya Futbol İttifaqı tərəfindən təşkil edilən futbol təşkilatlarında yer almasını qadağan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43