İdman

Ruslan Abışov Almaniyaya gedir

“Neftçi”nin  kapitanı Ruslan Abışov əməliyyat olunacaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq.

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43