Kateqoriyasız

Ruslan Abışov Avroliqada oynadı, komandası darmadağın etdi

UEFA Avropa Liqasında qrup mərhələsinin oyunları keçirilir.

Rusiyanın "Rubin" klubu öz meydanında Belçikanın "Zulte Varagem" komandası ilə qarşılaşıb. 

Milli komandamızın üzvü Ruslan Abışovun da formasını geyindiyi "Rubin" bu görüşdə rəqibini darmadağın edib – 4:0.

Ruslan Abışov bu görüşdə Kazan təmsilçisinin əsas heyətində meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43