Müsahibə

Ruslan Abışov: “Hazırkı mövqe layiq olduğumuz yer deyil” – MÜSAHİBƏ

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun “Rubin”in rəsmi saytına müsahibəsi.

– Allaha şükürlər olsun ki, komandamız üçün çox vacib olan qələbəni qazana bildik. Gözəl qollar vurduq. Amma tez bir zamanda bu oyunu unutmalı və “Anji” ilə matça hazırlaşmalıyıq. Həmin qarşılaşma da çox vacibdi. Axı qələbə qazansaq, turnir cədvəlində irəliləyə bilərik. İndi çox aşağıdayıq, hazırkı mövqe layiq olduğumuz yer deyil.

– “Sulte Varegem”lə oyunda sol cinah müdafiəçisi kimi əla oynadın. Bu mövqe sənə yad deyil ki?

– Düzü, alışmadığım mövqedi. Karyeram boyu bəlkə də 3-4 dəfə sol cinah müdafiəçisi kimi oynamışam. Mənim üçün dayaq yarımmüdafiəçsisi və ya mərkəz müdafiəçisi funksiyasını yerinə yetirmək daha asandı. Amma bu dəfə solda oynamalı idim və şadam ki, komandaya xeyir verdim. Mənim üçün əsas oynamaqdı.

– Kurban Berdıyev oyundan sonra nə dedi?

– Hamıya təşəkkür etdi və “Anji” ilə matça köklənməyimizi istədi.

– Hələlik daha çox avrokuboklarda meydana çıxırsan? Rusiya çempionatında da tez-tez oynayacağına ümid varmı?

– Əlbəttə, Rusiya çempionatında da oynamaq istəyirəm. Amma bu futboldu, şansımı gözləyirəm. Məşqçi bu imkanı yaratsa, 90 dəqiqə oynamağa hazıram.

– – Daimi oyun praktikan olmasa da, yaxşı fiziki formada qalmağı necə bacarırsan?

– Hə, oyun praktikasının olmaması müəyyən çətinliklər yaradır. Amma bizim fiziki hazırlıq üzrə yaxşı məşqçimiz var… Yenə də deyirəm, öz şansımı gözləyirəm. Bu şans mənə verilən kimi, əlimdən gələni edəcəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43