Müsahibə

Ruslan Abışov: “Komanda tilsimlənib” (MÜSAHİBƏ)

“Qəbələ”nin futbolçusu Ruslan Abışov “İnter”lə oyundan sonra İdmanxeber.com-a müsahibə verib.

– Ruslan, yenə qələbəyə həsrət qaldız. Oyunla bağlı nə deyərdin?

İmkanlarımız olur.  Ancaq qol imkanlarımızdan istifadə edə bilmirik. Artıq bu vəziyyətdən çıxmağın vaxtıdı. Hər şey getdikcə daha da çətinləşir. İnanırıq ki, milli fasiləsindən sonra hər şey daha yaxşı olacaq.

– Bu vəziyyətə düşməyinizə səbəb nədi? Komandada çatışmayan nədi?

Çatışmayan odur ki, hamır görür biz 90 dəqiqə hücumda oynayırıq. Nədənsə qol epizodlarından istifadə edə bilmirik. Sanki komanda tilsimlənib. Komanda qol vurmaqda çətinlik çəkir. Əsas bu psixoloji baryeri keçmək lazımdı ki, qarşıdakı oyunlarda xal itirməyək.

– “Qəbələ”nin uğursuz çıxışı Qriqorçukun Ukrayna millisinə gedəcəyi ilə bağlı xəbərlər çıxandan sonra başladı. Səncə, bunun təsiri varmı?

Heç birimiz bu haqda fikirləşmirik. Baş məşqçi bizim yanımızdadı və inanırıq ki, bizi qoyub getməyəcək.

– Zenyovun ilk dəqiqələrdən zədələnməsi oyununuza təsir etdiyini düşünmək olarmı?

Əlbəttə, təsir etdi. Çünki əvvəlcədən bəlli idi biz hansı sistemdə oynayacağıq. Onun əvəzinə meydana çıxan Samir Zərgərov da yaxşı oynadı, pis çıxış etmədi.

– Müdafiə xətti son oyunlarda inamsız təsir bağışlayır.

Son iki oyunda qol buraxdıq. Bunları da əks hücumlarda… Çalışacağıq ki, öz üzərimizdə işləyək və bir daha belə səhvlər etməyək.

– Xal itkisini yorğunluqla bağlamazdın?

Yox, belə düşünmürəm. Sadəcə olaraq komandanın üzərində psixoloji çətinlik var. Bunu aşacağımıza əminik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Çingiz Abdullayev: “Nəyisə düz etməmişəm”

admin

Mustafa Dənizli: “Xəzər Lənkəran”a getməzdən əvvəl yeddi klubdan təklif almışdım” – MÜSAHİBƏ

admin

Pedro Enrike “Qarabağ”a keçməzdən öncə kimlərlə məsləhətləşib? – MÜSAHİBƏ

admin