İdman

Ruslan Abışov millidən kənarlaşdırıldı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. 

İdmanxeber.com-un məlumatına görə, Ruslan Abışov (İnter) zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43