Milli komanda

Ruslan Abışov: “Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik”

“Ötən oyun çox gözəl qələbə qazandıq. Rusiya yığması ilə oyun ərəfəsində yüksək əhval-ruhiyyədəyik. İstirahət etmişik və oyuna hazırıq. Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik”.

Bu sözləri milli komandamızın futbolçusu Ruslan Abışov deyib.

Sarı kart limitinə görə, Şimali İrlandiya ilə oyunu buraxan Abışov şimal qonşularımızın keyfiyyətlərindən danışıb:

“Rusiya futbolunun səviyyəsi çox yüksəkdir. Atletik futbol oynayırlar. Onlara qarşıa mübariz aparmaq bizim üçün asan olmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43