Ölkə futbolu

Ruslan Abışov rəsmən “Neftçi”də

Milli komandamızın üzvü Ruslan Abışovun “Neftçi”yə keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, Abışovla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2006-2012-ci illərdə də yetirməsi olduğu “Neftçi”də çıxış edib. Onun son klubu Bakı “İnter”i olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43