Ölkə futbolu

Ruslan Abışov: “Rusiya yığması ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi”

“İlin son oyunlarıdır. Estoniya millisi güclü komandadır. Qırğızıstan yığması haqda isə elə də məlumatım yoxdur”.

Bu sözləri Azərbaycan millisinin futbolçusu Ruslan Abışov deyib.

“Rubin”in üzvü qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacaqlarını bildirib: “Yoldaşlıq oyunları olmasına rəğmən, qələbə qazanmağa çalışacağıq. Çünki qələbə hər zaman şirin olur. Rusiya yığması ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi. Üç həftə məşq etmədim. Artıq məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43