Ölkə futbolu

Ruslan Abışov Türkiyədə

Rusiyanın "Rubin" klubunun qış hazırlıq planı müəyyənləşib.

Kazan klubu Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək. Avropa Liqasında "Sulte Varegem" oyunundan sonra komanda istirahətə buraxılıb və bu səbəbdən futbolçumuz Ruslan Abışov hazırda Azərbaycandadır.

Millimizin üzvü yanvarın 11-də birbaşa Antalyaya yollanacaq. "Rubin" Türkiyədə bir neçə yoxlama oyunu keçirəcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43