Dünya futbolu

Ruslan Abışov üçün “River Pleyt”li komanda yoldaşı

Millimizin üzvü Ruslan Abışovun formasını geyindiyi “Rubin” klubu Argentinanın “River Pleyt” komandasında çıxış edən Manuel Lansinini transfer etmək istəyir.

Rusiya mətbuatının yaydığı xəbərə görə, Kazan təmsilçisi Lansini üçün qarşı tərəfə 2 milyon avro ödəməyə hazırdır. 

1993 təvəllüdlü yarımmüdafiəçi hazırda “River Pleyt”in 10 nömrəsi sayılır.2010-cu ildən Argentina nəhəngində çıxış edən Lanzini 2011/2012 mövsümündə icarə əsasında “Fluminense”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43