Dünya futbolu

Ruslan Abışov üçün Xuzin

Kurban Berdiyevin istefasından sonra baş məşqçisiz qalan “Rubin” bu yöndə çalışmalarını davam etdirir.

Rusiya mətbuatının yaydığı xəbərə görə, bu posta bir nömrəli namizəd Rüstəm Xuzindir. Demək olar ki, baş məşqçi ilə bütün detallar müzakirə olunub və hər iki tərəf ortaq məxrəcə gələ bilib.

Qeyd edək ki, sözügedən çalışdırıcı futbolçu karyerasında digər klublarla yanaşı “Rubin”də də çıxış edib və bu komanda ilə 250-dən çox oyuna çıxıb. Məşqçi kimi müxtəlif vaxtlarda “Rubin”in və “Amkar”ın gənc komandalarında çalışan Xuzinin son klubu “Nefteximik” olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43