Ölkə futbolu

Ruslan Abışov vaxt istədi

Avropa Liqasındakı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət o qədər də yaxşı deyildi. Amma Hollandiyada baş tutan təlim-məşq toplanışı komandanın toparlanması, özünə gəlməsi baxımından önəmli rol oynadı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ” klubunun yeni transferi Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında Hollandiya təlim-məşq toplanışı haqda danışarkən deyib.

Millimizin üzvü komandasının komplektləşməsi üçün bir az zamana ehtiyacları olduğunu bildirib: “Məşqlərimiz çox yararlı keçdi, güclü komandalarla qarşılaşdıq. Hal-hazırda komanda yaxşı vəziyyətdədir. Əhval-ruhiyyəmiz də düzəlib. Premyer Liqanın ilk oyununda – “İnter”lə matçda yaxşı nəticə göstərib çempionata uğurlu start vermək istəyirik. Bununla da bu uzun marafona hazır olduğumuzu göstərmək niyyətindəyik. Düzdür, komanda yeni formalaşıb, heyətdə yeni futbolçular çoxdur. Bu baxımdan komandanın tam formaya düşməsi, komplektləşməsi üçün bir az zamana ehtiyacımız var. İnanıram ki, çempionatın bir neçə turundan sonra hamının gözlədiyi “Qəbələ”ni görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43