• Ana səhifə
  • Ölkə futbolu
  • Ruslan Abışova məşhur klubdan təklif gəldi, Bilyaletdinov futbolçumuzun “torbasını tikdi” – ÖZƏL
Ölkə futbolu

Ruslan Abışova məşhur klubdan təklif gəldi, Bilyaletdinov futbolçumuzun “torbasını tikdi” – ÖZƏL

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun "Rubin"dəki oyun həsrəti davam edir.

İdmanxeber.com-un məlumatına görə, Abışov "Betis"lə Avroliqa matçında meydana çıxması onun yanlış qərar verməsinə səbəb olub. Əldə etdiyimiz məlumata görə, Abışov "Anji"yə icarəyə keçə bilərmiş. Lakin Kazan klubunun sabiq baş məşqçisi Kurban Berdiyevin vaxtında meydana çıxa bilməyən futbolçumuzu komandaya başçılıq edən yeni çalışdırıcı Rinat Bilyaletdinov çaş-baş salıb. Onun İspaniyada "Betis"ə qarşı forma geyinməsi və bundan sonra əsas heyətdə möhkəmlənmək şanslarının yüksək olacağını düşünən Ruslan "Anji" variantından imtina edib. Lakin yeni baş məşqçinin "Rubin"də gəncləşdirmə siyasəti aparması müdafiəçimizin ümidlərini deməık olar ki, püç edib. Artıq Bilyaletdinovun komandaya 11 gənc rus futbolçu gətirib. 

Ruslanın yayda "Rubin"dən ayrılma ehtimalı yüksəkdi. Təbii ki, vəziyyət belə davam edərsə.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mustafa Dənizli transfer etmək istədiyi futbolçuları müəyyənləşdirdi: “…bu həftə bitəcək” – MÜSAHİBƏ

admin

“Xəzər Lənkəran”ın üçüncü dövrədə vurduğu bütün qollar – VİDEO

admin

“Qəbələ” “Qarabağ”ı məğlub etdi – Video

admin