Dünya futbolu

Ruslan Abışovun baş məşqçisi: “2 dəfə danışığımız olub”

Millimizin üzvü Ruslan Abışovun formasını geyindiyi "Rubin"in baş məşqçisi Kurban Berdiyevin "Anji"yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır.

Rusiya mətbuatında yayılan bu xəbərlərdən təngə gələn çalışdırıcı açıqlama verərək, bütün söz-söhbətlərə son qoyub:

"Anji"ni çalışdıracağım haqda yayılan xəbərlər məni təəccübləndirdi. "Rubin"də çalışdığım üçün fəxr edirəm və heç yana getmək fikrində deyiləm. Bu, boş söhbətlərdi. Buna qədər Süleyman Kərimovla 2 dəfə danışığımız olub. Təbii ki, biz futboldan danışmışıq. Amma mövzu "Anji"ni çalışdırmağım olmayıb".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43