Dünya futbolu

Ruslan Abışovun komanda yoldaşı “Qalatasaray”a keçir

Azərbaycan millisinin üzvü Ruslan Abışovun formasını geyindiyi “Rubin”in futbolçusu Bibras Natxo karyerasını Türkiyədə davam etdirə bilər. Onun xidmtəində “Qalatasaray” maraqlıdır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. İsrailli oyunçunun türk klubundan gələn təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.

Xatırladaq ki, Natxo 2010-cu ildə İsrail təmsilçisi “Hapoel”dən (Təl-Əviv) “Rubin” klubuna keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43