Ölkə futbolu

Ruslan Abışovun meneceri idmanxeber.com-a açıqladı: futbolçumuz “Rubin”dən ayrılır?

Millimizin Rusiyanın "Rubin" klubunda çıxış edən üzvü Ruslan Abışov komandasından ayrıla bilər.

Belə ki, istedadlı futbolçuya ölkəmizdən və Rusiyanın digər klublarından təkliflər var. Bu barədə idmanxeber.com saytına Abışovun qardaşı – meneceri Sərxan Abışov məlumat verib:

"Ruslana yerli klublardan təklif çoxdur. Yeni baş məşqçiləri gəlib Ounla söhbətləşməmiş nəyisə müzakirə etmək yersizdir. Əsas məqsəd legioner həyatını davam etdirməkdir".

Bundan əlavə, menecer qardaşına Rusiyanın digər klublarından da təkliflərin olduğunu bildirdi:

"Rusiyanın digər klublarından təklif almışıq. Onlar Ruslanı icarə əsasında istəyirlər. Ad açıqlama istəmirəm. Biraz səbr edək".

AZƏR AXUNDLU

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43