Ölkə futbolu

Ruslan Abışovun yeni klubu RƏSMƏN bəlli oldu

2014/15 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, milli komandamızın üzvü Ruslan Abışovun "Qəbələ"yə keçidi rəsmiləşib.

Rusiyanın "Rubin" klubuna məxsus futbolçu icarə əsasında 6 ay "Qəbələ"nin şərəfini qoruyacaq. Abışovun adı Avropa Liqası üçün UEFA təqdim olunan iştirak ərizəsinə də salınıb.

Qeyd edək ki, "Qəbələ" yay fasiləsində Ruslan Əmircanov, Andrei Kristea və Adrian Ropotanı da transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43