İdman

Ruslan Qurbanov: “Mənimlə it kimi rəftar edib…”

Transfer pəncərəsinin son günündə “Neftçi”ni “Qəbələ”yə dəyişən Ruslan Qurbanov feysbuk hesabından gedişinin səbəbini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, köhnə klubunda ona olan münasibətdən narazılığını qeyd edən Qurbanov yeni klubla uğur qazanacağına inandığını bildirib:

“Mənə “Qəbələ”yə keçidimdə dəstək olan hər kəsə təşəkkür edirəm. Həm də “Neftçi” azarkeşlərinə minnətdaram, onlar hər zaman məni dəstəkləyiblər və həmişə mənim ürəyimdə qalacaqlar. Ancaq hər kəsdən məni başa düşmələrini istəyirəm. Son vaxtlar “Neftçi”də vəziyyətim yaxşı deyildi. Mənimlə it kimi rəftar edib zülm verənlər başa düşəcəklər. Bu hal “Qəbələ”yə keçidimdə əsas səbəb oldu. “Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, məni buraxmağa icazə verdilər. Özümü başqa komandada sınamağın vaxtı çatmışdı. Futbolçu kimi inkişaf etmək, ildən-ilə “artırmaq” istəyirəm. Roman Qriqorçukla işləməyi çoxdan istəyirdim. “Neftçi”də yaxşı illər keçirmişəm. Əgər “Qəbələ” variantı alınmasaydı Avropaya gedəcəkdi. Avstriyanın “Ştrum” və Xorvatiya yüksək liqasından bir klub maraqlanırdı. Neftçi azarkeşləri məndən inciməsinlər. 18 qol vurmuşdum bu klub üçün, bunu heç kim qiymətləndirmədi. Artıq getməyin vaxtı çatmışdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43