Kateqoriyasız

Ruslan Qurbanov “Səbail”dən ayrıldı

Millimizin futbolçusu Ruslan Qurbanov “Səbail”dən ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, bunu futbolçu “facebook” hesabından paylaşıb. O, Avroliqada mübarizə aparacaq “Səbail”ə uğurlar arzu edərək, bunları qeyd edib:

“Bu qərarı qəbul etmək mənim üçün çox çətin oldu. “Səbail”ə Avropa Liqasında uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43