Ölkə futbolu

Ruslan Qurbanov və Elvin Məmmədovun qolları “Qəbələ”ni məğlubiyyətə uğratdı

Azərbaycan Premyer Liqasının II turunda “Sumqayıt”ı qəbul edəcək “Qəbələ” hazırlığını doğma məkanda davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” dünən yoxlama görüşü keçiriblər.

Belə ki, Roman Qriqorçukun yetirmələri “Qəbələ”nin əvəzedici heyəti ilə qarşılaşıblar. Oyun əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində qollara Ruslan Qurbanov və Elvin Məmmədov imza atıb.

Heyətdə zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirir. 

Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43