Ölkə futbolu

Ruslan rəsmən “Qəbələ”də

2013/2014 mövsümünü bürünc medallarla tamamlayan “Qəbələ” yeni mövsüm üçün heyətini gücləndirməyə start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  klub “İnter”lə müqaviləsi başa çatan Ruslan Əmircanovu transfer edib. Onunla bir illik müqavilə imzalanıb.

Keçidin rəsmiləşməsindən sonra 29 yaşlı yarımmüdafiəçi fikirlərini gabalafc.az-la paylaşıb. O, “Qəbələ”də oynayacağına görə məmnun olduğunu, yeni komandasının uğur qazanması üçün əlindən gələni əsirgəməyəcəyini deyib:

“Qəbələdə futbol üçün yaradılan şərait bütün futbolçuları bu komandada oynamağa həvəsləndirir. İnfrastruktur istənilən səviyyədədir. Komandaya güclü azarkeş dəstəyi var. Bütün bu göstəricilər futbolçu üçün vacibdir. Buna görə də “Qəbələ”nin formasını geyinəcəyimə görə çox məmnunam. “Qəbələ” böyük hədəfləri, iddiaları olan komandadır. Yeni komandamın həm olkədə, həm də Avropa Liqasında uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43